Rusiya Mərkəzi Bankı valyuta bazarına müdaxilələr edəcək – Təfərrüat

11:13 - 24.02.2022


24 fevral, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün valyuta bazarına müdaxilələrə (intervensiyaya) başlamaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki, Rusiya Mərkəzi Bank banklara əlavə likvidlik vermək üçün əməliyyatları da bu gün həyata keçirmək qərarına gəlib.

"Rusiya Bankı və maliyyə qurumlarının istənilən ssenari üçün aydın fəaliyyət planları var",- məlumatda deyilir.

Qeyd edək ki, bu gün Rubl kəskin ucuzlaşıb, Dolların məzənnəsi 110 rublu keçib.