Aİ-nin Azərbaycana 2 milyard avroluq yardım ayırması qərarı əməkdaşlıq üçün yeni imkanlar yaradır

11:48 - 22.02.2022


22 fevral, Fineko/abc.az. Avropa İttifaqının (Aİ) Azərbaycana 2 milyard avroluq maliyyə yardımının ayırması barədə qərarı əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.

O, bu barədə rəhbərlik etdiyi qurumun benefisiarı olduğu, Aİ-nın maliyyələşdirdiyi “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrasının yekunlaşması ilə bağlı tədbirdə danışıb.

“Bu layihələr hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə hədəflənib. Onların icrasının əksər mərhələsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, layihə qrupunun çevik fəaliyyəti nəticəsində nəzərdə tutulan nəticələr əldə edilib. Prinsip etibarilə, layihə tədbirləri KOBİA-nın strateji fəaliyyət istiqamətlərinin əsas elementlərini əhatə edib. Layihələrin məzmunu də kifayət qədər zəngin olub. Burada təlimlər, təcrübə mübadiləsi, tövsiyələr, yeni resursların hazırlanması və s. kimi müxtəlif komponentlər əhatə olunub".