FED hər iclasda faiz dərəcələrini 0,25 bənd artıracaq - Proqnoz

10:45 - 21.02.2022


21 fevral, Fineko/abc.az. "JPMorgan Chase & Co."nun iqtisadçıları ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanın qarşısını almaq üçün ardıcıl 9 iclasda faiz artıracağını bildiriblər.

ABC.AZ-ın məlumatına görə, iqtisadçılar hesab edir ki, FED hər iclasda faiz dərəcələrini 0,25 bənd artıracaq. Hazırda FED-in faizi 0-0.125% aralığındadır.

Onu da qeyd edək ki, ABŞ-da inflyasiyanın yanvar ayında 1982-ci ildən bəri ən yüksək səviyyədə olub.

Daha əvvəl 2022-ci il üçün faizin 5 dəfə artırılacağını gözlədiyini bildirən "Goldman Sachs" da proqnozunu 7-yə yüksəldib.

Müəllif: Elmir Murad