11:19 - 16.02.2022
16 fevral, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) bu gün Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.
ABC.AZ-ın məlumatına görə, ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqram Aİ tərəfindən maliyyələşdirilir və DB tərəfindən idarə olunur.
Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir.
Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək. Saziş Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko tərəfindən imzalanıb.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026