14:34 - 15.02.2022
15 fevral, Fineko/abc.az. 2021-ci ilin sonuna Dövlət Neft Fondunun daşınmaz əmlak alt portfelinin həcmi 2,8 milyard ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Dövlət Neft Fondundan bildirilib.
Bu ümumi portfelin 6,1 faizinə bərabər olub: “İlin yekunlarına əsasən daşınmaz əmlak alt portfelindən 326,6 milyon ABŞ dolları həcmində gəlir əldə edilib ki, bununla da sözügedən alt portfel üzrə ümumi gəlirlilik 12,5 faiz təşkil edib.
Eləcə də, xüsusilə qeyd etmək olar ki, daşınmaz əmlak investisiyalarına başlanandan hazırkı dövrə qədər bu investisiyalardan kumulyativ olaraq 77 faiz gəlirlilik əldə edilib”.
4 Avqust 2026
4 Avqust 2026