15:02 - 14.02.2022
14 fevral, Fineko/abc.az. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AIC) icraçı direktoruna yeni müavin təyin edilib.
ABC.AZ banker.az-a istinadla xəbər verir ki, bu sabiq bank sədrinin müavini Yasin Cəlilovdur.
Y.Cəlilov bu vəzifəyə 2022-ci ilin fevralından başlayıb.
Bildirək ki, hazırda AIC-ə Ülvi Mansurov rəhbərlik edir. Onun müavinləri isə Murad Abdullayev və Ziya Kəngərli idi.
Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb.
Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 25 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026