Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

10:18 - 4.02.2022


4 fevral, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (ECB) növbəti  iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, uçot dərəcəsinin hazırkı 0 % səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Qurum həmçinin depozit faizlərini -0,5 %, marjinal borcvermə faizini isə 0,25 % səviyyəsində təsdiqləyib.