Sahibkarlardan Qarabağa dair müraciətlərin sayı 1 minə çatıb

14:36 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Azad olunan ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1000-ə yaxın müraciət daxil olub.

ABC.AZ-ın məlumatına görə, bunu AZPROMO rəhbəri Yusif Abdullayev Azərbaycan və Macarıstan İqtisadi Komissiyasının iclasında bildirib.

Y.Abdullayev qeyd edib ki, bu müraciətlərin 300-ə qədəri xarici ölkədən daxil olub.

"Onların da 60-ı Macarıstandan gələn müraciətlərdir. Bura həm investisiya, həm də podrat layihələr daxildir. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərdə 10 investsiya layihəsi hazırlanıb ki, bura keramika istehsalı, tütün, şərab istehsalı üzrə layihələr təqdim olunub”, - deyə Abdullayev qeyd edib.

Müəllif: Elmir Murad