Azərbaycanda banklar valyuta hərracına tələbi 26% artırıb

12:36 - 3.02.2022


3 fevral,  Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 3-də baş tutan valyuta hərracında $64 mln satılıb ki, bu da ötən hərracda olduğundan $13,2 mln (26%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $64 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.