12:16 - 3.02.2022
3 fevral, Fineko/abc.az. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırıq”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Macarıstanın “Exim Bank”ının regional direktoru Robert Grillijov deyib.
O, bu barədə Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında danışıb.
“Biz bərpa ilə bağlı təcrübəmizi Qarabağda da tətbiq etməyə hazırıq. Ümumiyyətlə isə macar şirkətlərinin fəaliyyətinin qlobal miqyasda genişlənməsini qarşımıza məqsəd qoymuşuq”, - deyə bank rəsmisi qeyd edib.