Dollara tələb artıb – Neft Fondu satdığı vəsaitin həcmini açıqlayıb

10:21 - 3.02.2022


3 fevral, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu ilin yanvar ayında dollara tələbat ötən ilin yanvar və dekabr aylarına nisbətdə 2021-ci ilin müvafiq ayı və artıb.

Belə ki, 2021-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 82 milyon ABŞ dolları qədər və ya 12,7 faiz çoxdur.

Yanvar ayında satılan valyutanın həcmi 2021-ci ilin dekabr ayı müqayisədə isə 89,26 milyon ABŞ dolları və ya 14 faiz artıb.