10:02 - 25.04.2018
25 aprel, Fineko/abc.az. Ötən gün Azərbaycanın Maliyyə Nazirliyi Bakı Fond Birjası vasitəsi ilə dövlət ortamüddətli istiqrazlarını (DOİ) realizə etdi.
BFB xəbər veridiyi kimi, dünən AZ0106007690 ISIN-li, 15 milyon həcmində, tədavül müddəti 1092 gün və faiz dərəcəsi 9% ilə DOİ buraxılışı yerləşdirilmişdir.
6 investordan 56 747 min manat məbləğində 14 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 90,3179 manatdan (illik gəlirlilik iddiası 13%) 100,00 manata (9%) qədər qiymət intervalında təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96,2234 AZN (gəlirlilik 10,5%), orta ölçülmüş qiyməti isə 97,8061 AZN (9,8625%) səviyyəsində müəyyən edilmişdir. DOİ 15 milyon manat həcmində yerləşdirilmişdir.
DOİ-in ödəmə tarixi: 20 aprel 2021-ci il.
27 İyul 2026