11:47 - 5.01.2022
5 yanvar, Fineko/abc.az. Uorren Baffetin "Apple" şirkətinə yatırdığı sərmayəsi onun ən gəlirli sahələrindən biri olub.
ABC.AZ-ın məlumatına görə, sözügedən sərmayə Baffetə 120 milyard dollar gəlir gətirib.
Qeyd edək ki, "Berkshire Hathaway" şirkəti 2016 və 2018-ci ilin ortalarında "Apple"ın səhmlərini alıb.
Bu satınalmalardan sonra holdinq "iPhone" istehsalçısının 5 faizinə sahib olub.
Sözügedən prosesdə səhmlərin ümumi dəyəri 36 milyard dollar olduğu halda, "Apple"a yatırılan investisiyanın ümumi dəyəri hazırda 160 milyard dollar səviyyəsindədir.
8 Avqust 2026
8 Avqust 2026