16:18 - 30.12.2021
30 dekabr, Fineko/abc.az. Kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurulmuş və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur.
ABC.AZ-ın məlumatına görə, bu, Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Bəyanatda qeyd edilib ki, 2021-ci ildə iqtisadiyyatın maliyyəyə çıxışının dəstəklənməsində kapital bazarının imkanlarından istifadənin aktivləşdirilməsi təmin edilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026