14:37 - 6.12.2021
6 dekabr, Fineko/abc.az. 2022-ci ildə ARDNF-in investisiya portfelində ABŞ dollarının payının 65%, avronun payının 20%, ingilis funt-sterlinqinin payının 5%, digər xarici valyutaların payının isə 10% təşkil edəcəyi proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Rəydə bildirilir ki, gələn il ARDNF-in investisiya portfelində borc öhdəlikləri və pul bazarları alətlərinin payı minimum 50%, səhmlərin payı maksumum 25%, daşınmaz əmlakın payı maksumum 10%, qızılın payı isə maksumum 15% təşkil edəcək. Bu il sentyabrın sonuna sözügedən nisbətlər müvafiq olaraq 63,1%, 18,1%, 6% və 12,8% təşkil edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026