11:13 - 19.04.2018
19 aprel, Fineko/abc.az. Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notlar yerləşdirdi.
Bakı Fond Birjası xəbər verir ki, aprelin 18-də hərracda AMB 50101567S ISIN-li notlar satıb.
Notlar 250 milyon manat məbləğində, 28 gün müddətinə təklif edilmişdir.
17 investordan 718947,9 min manat məbləğinə 22 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.
AMB-in qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,3812 manat (gəlirlilik 8,01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə notlar 250 milyon manat məbləğində yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 16 may 2018-ci il.