16:08 - 22.10.2021
22 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC -nin ümumi dəyəri 15 milyon dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
ABC.AZ-a BFB-dən daxil olan məlumata görə, istiqrazlar hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olmaqla 15 000 ədəd satışa çıxarılacaq.
İllik faiz dərəcəsi 6% olmaqla istiqrazlar üzrə faiz ödənişləri 6 il müddətində hər 3 aydan bir ödəniləcək.
Təklif olunan istiqrazların anderrayteri qismində əsas anderrayter kimi PAŞA Kapital İnvestisiya Şirkəti, Unicapital İnvestisiya Şirkəti ilə birgə çıxış edəcəkdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026