17:06 - 1.10.2021
1 oktyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və beynəlxalq donor Gəncə şəhərinin işıqlandırma sisteminin yaxşılaşdırılması üçün Azərbaycana 12,5 milyon avro ayıracaq.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bank və donor Gəncə şəhərində işıqlandırma sisteminin modernləşdirilməsini dəstəkləyəcək. Xüsusilə, AYİB bu layihəyə 10 milyon avro, beynəlxalq donor – 2,5 milyon avro məbləğində qrant ayıracaq. Layihə üzrə benefensiar Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir.
Hazırlığı son mərhələdə olan layihə çərçivəsində Gəncə şəhərində ayrı-ayrı küçələrin işıqlandırma şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sisteminin təbiqi və işıqlandırmanın monitorinqi, dirəklərin və güc kabellərinin dəyişdirilməsi nəzərdə tutulur.
30 İyul 2026