12:18 - 6.09.2021
6 sentyabr, Fineko/abc.az. 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılir.
ABC.AZ xəbər verir ki, bunu Twitter səhifəsindən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, qeyri-neft sektorunun ixracı artır.
"İlin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 milyard ABŞ dolları olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir" deyə nazir bildirib.
Müəllif: Elmir Murad
18 Avqust 2026