17:10 - 2.09.2021
2 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı ixtisaslaşdırılmış avtomobil mağazaları (avtomobil dilerləri) pərakəndə ticarət şəbəkəsində 104 milyon 705 min manat dəyərində avtonəqliyyat vasitələri satıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılmış hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 60,5% çoxdur.
Qeyd edək ki, təkcə cari ilin II rübündə sözügedən avtodilerlər 60 milyon 625 min manatlıq avtomobil satıblar. Bu da I rüblə müqayisədə 37,5%, ötən ilin eyni rübü ilə müqayisədə isə 81,7% çoxdur.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026