Rusiya və Çin böyük həcmli təyyarə tikir

11:51 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Rusiya və Çin birgə genişgövdəli uzaq məsafəli CR929 təyyarəsi tikir.

ABC.AZ-ın məlumatına görə, birgə tikinti olsa da təyyarə Çində hazırlanır.

Rusiya və Çin CR929-un yaradılması üzrə planlarını 2025-2027 illər ərzində reallaşdırmaq niyyətindədirlər.

Qeyd olunur ki, tikintinin dəyəri hazırda 13-20 mlrd. ABŞ dolları civarında qiymətləndirilir.