"Xiaomi" yeni törəmə şirkəti qeydiyyatdan keçirib - Elektirikli avtomobil istehsal edəcək

11:21 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Bir müddət əvvəl Çin şirkəti Xiaominin elektrikli avtomobillərin istehsalı ilə məşğul olacaq öz törəmə şirkətini yaradacağı barədə xəbər vermişdik.

ABC.AZ-ın məlumatına görə, artıq sözügedən şirkətin qeydiyyatı başa çatdırılıb. Yeni şirkət - "Xiaomi Qiche" adlanır və nizamnamə kapitalı 10 milyard yuandır (təxminən 1,5 milyard dollar). 

Xiaomi Direktorlar Şurasının sədri Lei Jun, şirkətin qanuni nümayəndəsi olaraq təsdiq edilib.

Müəllif: Elmir Murad