17:20 - 31.08.2021
31 avgust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106027888 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
ABC.AZ xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 96.0683 AZN (8%) və 103.2889 AZN (5.2998%) olan 19 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 103.1492 AZN (5.3498%), orta ölçülmüş qiyməti 103.2462 (5.315%) müəyyən edilb.