16:54 - 31.08.2021
31 avgust, Fineko/abc.az. Rusiya internet şirkəti və axtarış sistemi Yandex qlobal taksi xidməti Uber-lə yeni razılığa gəlib.
ABC.AZ-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Uber hələ 2018-ci ildə Yandex-lə qurduğu birgə müəssisə olan paylarını satır.
Satılan paylar "Yandex Eats", "Yandex Lavka" və "Yandex Delivery"dədir. Yandex bu sövdələşmə üçün Uber-ə 1 milyard dollar ödəyəcək. Yenidən təşkil olunan şirkətdə Yandex 71%, Uber 29% paya malik olacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026