14:46 - 30.08.2021
30 avgust, Fineko/abc.az. Dünya avtomobil istehsalı və tədarükü bazarının bərpası 2022-ci ilin ikinci yarısında gözlənilir.
ABC.AZ əbər verir ki, bu barədə BCG beynəlxalq konsaltinq şirkətinin hesabatında qeyd olunub. Hesabata əsasən, bu il avtomibil istehsalında durğunluq davam edəcək.
Belə ki, 2021-ci ilin üçüncü və dördüncü rüblərində avtomobil istehsalçıları 3-5 milyon avtomobil az istehsal edəcək:
"Mikrosxem və digər detalların tədarük həcmləri bərpa olunmağa başlasa da, davam edən pandemiya öz təsirini göstərir.
Biz mikroçiplərin beynəlxalq tələbatı tam ödəməyə 2022-ci ilin ikinci yarısında başlayacağını gözləyirik.
Bu vəziyyət isə öz növbəsində elektrik nəqliyyatın inkişaf planlarına mənfi təsir göstərə bilər".
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026