12:19 - 30.08.2021
30 avgust, Fineko/abc.az. “Audi” şirkəti 2033-cü ildə dizel yanacağı ilə işləyən avtomobillərin satışını dayandıracaq.
ABC.AZ-ın məlumatına görə, şirkət yalnız Avropa Birliyi daxilindəki satışı dayandırmağı düşünür.
Şirkət rəhbərliyi qeyd edib ki, 2025-ci ilə qədər “Audi”nin Avropada 20 elektrikli avtomobil modeli satışa çıxacaq.
"2026-cı ildən sonra şirkət Avropa Birliyi bazarına yalnız elektrikli avtomobillər tədarük edəcək. Sonuncu daxili yanma mühərrikli avtomobil də eyni ildə istehsal ediləcək" deyə Şirkətdən açıqlama verilib.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026