15:28 - 27.08.2021
27 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Türkiyədən ixrac olunan minik avtomobillərinin dəyəri açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sözügedən dövrdə Türkiyədən ixrac olunan avtomobillərin dəyəri 5,5 milyard dollar təşkil edib.
Belə ki, bu ilin yeddi ayı ərzində Türkiyə 100-dən çox ölkəyə, muxtar və sərbəst bölgələrə avtomobil ixrac edib.
Türkiyə avtomobil sənayesi məhsullarının ümumi ixracının 33,7%-ni minik avtomobillərinin payı təşkil edir. Bu da nəzərdən keçirilən dövrdə 16,37 mlrd. ABŞ dollarını üstələyir.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026