12:06 - 27.08.2021
27 avgust, Fineko/abc.az. Yanvar-iyul aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 107,9 milyon ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3 faiz azalıb.
Yüklərin 56,8 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3 faizi dəniz, 0,3 faizi hava nəqliyyatı, 32,1 faizi isə boru kəməri ilə daşınıb.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026