17:22 - 26.08.2021
26 avgust, Fineko/abc.az. Çinin ən böyük avtomobil istehsalçısı "SAIC Motor"un 2021-ci ilin ilk yarısı üçün gəlirlərini açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə şirkətin cəmi gəliri keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 29,03% artaraq 366,09 milyard yuan (56,58 milyard dollar) təşkil edib.
Səhmdarlara aid olan xalis gəlir bir il ərzində 58,61% artaraq 13,31 milyard yuan (2 milyard dollar) olub.
Hesabatda ilin birinci yarısında şirkətin yüksək performansı ölkədəki epidemioloji vəziyyətə təsirli nəzarət və satışların artmasına səbəb olan avtomobil bazarının canlanmasının müsbət dinamikası ilə izah olunur.
Müəllif: Elmir Murad
12 Avqust 2026