11:54 - 25.08.2021
25 avgust, Fineko/abc.az. Rusiyanın dövlət borcunda artım qeydə alınıb.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən ölkənin dövlət borcu 2021-ci ilin ilk yarısında 1,48 trilyon rubl və yaxud 7,8% artıb.
Nəticədə 1 iyul tarixinə olan məlumata görə, ölkənin dövlət borcu 20 trilyon rublu keçib.
Bununla yanaşı, Rusiyanın daxili dövlət borcu da 1,4 trilyon rubl artaraq 16,2 trilyon rubl təşkil edib.
Həmçinin, 1 iyul tarixinə olan məlumata görə Rusiyanın xarici dövlət borcunun həcmi 58,54 milyard dollar təşkil edib və ilin ilk yarısında 1,83 milyard dollar artıb.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026