Naxçıvanda bir nəfərə düşən ümumi daxili məhsul artıb

12:34 - 23.08.2021


23 avqust, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında cari ilin 7 ayında 1 milyard 603 milyon 721 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Bu barədə Naxçıvan Statistika İdarəsinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 3 471,3 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % çoxdur.