16:05 - 20.08.2021
20 avgust, Fineko/abc.az. Cari ilin yeddi ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bildirilir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3 faizi) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.