Qida məhsullarının istehsalında artım olub

11:59 - 20.08.2021


20 avqust, Fineko/abc.az. 2021-ci ilin 7ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 62,5 %, qida məhsullarının istehsalında 6,8 %, içki istehsalında isə 1,8 % artım müşahidə olunub.

Bu barədəd Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 62,9 %, kərə yağının istehsalı 4,8 faiz, kolbasa məmulatlarının istehsalı 2,5 faiz, duru bitki yağlarının istehsalı 2 faiz artıb, marqarin istehsalı isə 8,9 faiz azalıb.