10:05 - 20.08.2021
20 avqust, Fineko/abc.az. Azərbaycanda bu il dizel mühərrikli avtomobillərin istehsal həcmində artım müşahidə edilir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
Bildirilir ki, 2021-ci ilin I yarısında Azərbaycanda 36 ədəd 2 500 kub-sm həcmindən çox olan dizel mühərrikli avtomobil istehsal edib. Bu da cari ilin ikinci rübündən başlayaraq istehsala başlanılıb.
Ümumi kütləsi 5 tondan çox olmayan dizel mühərrikli yük avtomobillərinin həcmi isə 44 ədəd olub. Bu öncəki ilin eyni dövründə 39 ədəd idi.
Ümumi kütləsi 5 tondan 20 tonadək olan dizel mühərrikli yük avtomobillərinin sayı isə cəmi 7 ədəd olub. Bu öncəki ildə 70 ədəd idi.
13 Avqust 2026
13 Avqust 2026