Vergi Xidməti plana artıqlaması ilə əməl edib

15:26 - 19.08.2021


19 avqust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul aylarında dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsində bildirilib ki, həmin dövr ərzində xidmətin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub və proqnoza 126,2 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2 faiz və ya 655,9 milyon manat artıb.