14:59 - 18.08.2021
18 avgust, Fineko/abc.az. Türkiyənin “Pegasus” aviaşirkəti bu ilin II rübünü 662,5 milyon türk lirəsi zərərlə başa vurub.
ABC.AZ Report.az-a istinadla xəbər verir ki, bu barədə İctimai Məlumatlandırma Platformasında (KAP) yerləşdirilən maliyyə hesabatında deyilir.
Son nəticədə, şirkətin zərəri ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 % azalıb.
Hesabat dövründə “Pegasus”un gəlirləri isə 9,9 dəfə artaraq 1,5 milyard TL-yə çatıb.
17 Avqust 2026
15 Avqust 2026