11:14 - 18.08.2021
18 avqust, Fineko/abc.ax. Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində 81,7 min ton həcmində propilen, 93,6 min ton həcmində polietilen, 95,4 min ton həcmində etilen istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadla verdiyi xəbərə görə, propilen istehsalının 76,4 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 7,4 %, əmtəəlik propilen istehsalı 5,7 % artıb.
Bu ilin 7 ayı ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 5,3 % və 7,1 % azalıb.
21 Avqust 2026
21 Avqust 2026