“Embafinans” istiqraz buraxır

14:33 - 17.08.2021


17 avgust, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC -nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə ABC.AZ BFB-nin məlumatına  istinadla xəbər verir.

 Qeyd edilir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 4 000 ədəd, yəni 4 milyon manatlıq faizli, taminatsız, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10%-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq.