Azərbaycanın ixrac etdiyi alüminiumun dəyəri 42% artıb

17:33 - 16.08.2021


16 avqust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycan 72 815,45 min ABŞ dolları dəyərində 30 558,64 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, cari ilin yeddi ayında Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 42%, həcmi isə 5,7% artıb.

Qeyd edəki ki, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 5,38% təşkil edib.