16:16 - 12.08.2021
12 avgust, Fineko/abc.az. Regionlarda əmək bazarının leqallaşması və yeni iş yerlərinin yaradılması hesabına 2021-ci ilin I rübündə qeyri-dövlət sektoru üzrə işçi sayları ötən ilin eyni dövrü ilə müqayisədə 13% artıb, cari ilin altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektor üzrə dövlət büdcəsinə 36,1%, işsizlikdən sığorta üzrə isə 51% çox vəsait yönləndirilib.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergiödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6% artıb.
Həmçinin, cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6% artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5% artım müşahidə edilib.