TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb

17:27 - 9.08.2021


9 avqust, Fineko/abc.az. 2021-ci ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 20325,2 min ton, yük dövriyyəsi isə 4781,8 milyon ton-km olub, bu da illik müqayisədə müvafiq olaraq 6,3% və 2% azdır.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, yüklərin 11 407 min tonu və ya 56,1%-i avtomobil nəqliyyatı, 6 598,6 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 2319,6 min tonu və ya 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb.

Qeyd olunur ki, dəhliz vasitəsilə daşınmış yüklərin 22,9 %-ni və ya 4652,6 min tonunu tranzit yüklər təşkil edib.