10:54 - 4.08.2021
4 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında 2021-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9 468,754 milyon təşkil etmişdir.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 57%, ilkin bazar üzrə ticarət həcmində 38%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 41%, repo əməliyyatları üzrə isə 334% böyümə qeydə alınmışdır.
2021-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11% artaraq 4,303,386 milyon manat təşkil edib.
10 Avqust 2026
10 Avqust 2026