“Ekolizinq” 500 min manatlıq istiqraz buraxır

14:36 - 3.08.2021


3 avqust, Fineko/abc.az. "Ekolizinq" MMC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.

ABC.AZ  renkinq.az-a istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqrazdan (500 min manatlıq) gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

"Ekolizinq" 2014-cü ildə 10 min manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.