10:07 - 30.07.2021
30 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC İsrailin “OurCrowd” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.
O qeyd edib ki, sənəd əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəmizə transferi həyata keçiriləcək.
Yeni əməkdaşlıq istiqaməti ölkəmizdə innovativ ekosistemin qurulmasına töhfə verəcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026