17:18 - 14.07.2021
14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 4 342 milyon manat təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 124,4% yerinə yetirilib.
O cümlədən qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 3 183,9 milyon manat olub və proqnozdan əlavə büdcəyə 498,8 milyon manat ödənilib.
18 Avqust 2026
17 Avqust 2026