17:23 - 1.07.2021
1 iyul, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri xanım Quo Minlə görüşüb.
Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazir vurğulayıb ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyəndövlətlərdəndir.
M.Cabbarov bildirib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır.
Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir.
Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.
Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır.
Görüşdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, Çin şirkətlərinin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb.
21 Avqust 2026
19 Avqust 2026