15:23 - 30.06.2021
30 iyun, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq etdiyi vurğulanıb.
Bankla birgə həyata keçirilən layihələr iqtisadiyyatın şaxələndirilməsinin təşviqi və qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
AYİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 milyard avrodan çox investisiya yatırılıb.
18 Avqust 2026