Azərbaycanda valyuta hərracında banklar $77,1 mln. alıblar

12:45 - 29.06.2021


22 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 29-da baş tutumuş valyuta hərracında banklara $77,1 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $77,1 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.