10:16 - 29.06.2021
29 iyun, Fineko/abc.az. “Facebook”un səhmləri bahalaşıb.
ABC.AZ-ın məlumatına görə, 28 iyun bazar ertəsi günü keçirilən ticarət sessiyasının sonunda sözügedən şirkətin səhmləri 4.18% artaraq 355.64 dollara çatıb.
Sosial şəbəkənin kapitallaşması 1.008 trilyon dollar olub.
Qeyd edək ki, Mark Zukerberqin sahib olduğu bu şirkətin 1 trilyon dollar səviyyəsinə çatması 9 il çəkib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026