AMB valyuta hərracında banklara $65,9 mln. satıb

12:26 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyunun 24-də keçirilən valyuta hərracında banklara $65,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $65,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.